Milli Şuranın mayın 30-da keçiriləcək mitinqinin təşkilatçıları - Fuad Qəhrəmanlı və Namizəd Səfərov çağırış əsasında Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, onlar BŞBPİ-nin rəis müavini, polis general-mayoru Səhlab Bağırovla görüşüblər. S.Bağırov Milli Şuranın mayın 30-da saat 15:00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirəcəyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib. Bildirilib ki, mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, asayişi poza biləcək addımların atılmasına imkan verilməyəcək. Mitinqin təşkilatçıları da mitinqin qanun çərçivəsində keçiriləcəyini qeyd ediblər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.