İstintaq sübuta yetirə bilməsə də, “qanuni oğru”ların “sxodka”sı bir çox qaranlıq məsələlərə, o cümlədən “Ded Xasan”ın qətli ilə bağlı müəmmaya da aydınlıq gətirəcək
Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlinə dair qaldırılmış cinayət işini bağlayıb.
“İnterfaks”ın xəbərinə görə, müstəntiqlər iki ildən çox araşdırma aparsalar da, bu qətl üzrə konkret ittiham irəli sürmək üçün dəlil-sübut tapa bilməyiblər. Hadisə yerindən tapılan gilizlərin laboratoriya araşdırması göstərib ki, bu gilizlər 9 növ silaha aid ola bilər. “Ded Xasan”ın öldürüldüyü “Val” adlandırılan xüsusi avtomatda əl izləri isə o qədər cüzi olub ki, genetik ekspertiza nəticələri tam dəqiqliklə verə bilməyib.
“Ded Xasan”ın qətli üzrə əsas şübhəli olan 12 aprel 1981-ci ildə anadan olmuş Ülfət Tağıyev (“Rüfət Gəncinski”) digər cinayət üçün cəzasını ciddi rejimli koloniyada çəkməklə 8 il azadlıqdan məhrum edilib. 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları onu Moskvada saxlayıblar. O, paytaxta Türkiyə vətəndaşının pasportu ilə, saxta sənədlərlə gəlib. Əməliyyatçıların məlumatına əsasən o, azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) yaxın əhatəsinə daxildir və 2012-ci ildə Dubayda “qanuni oğru” adı alıb. “Rufo”nu dəfələrlə Ded Xasanın qətlinə görə də dindiriblər.
Lakin o, kriminal “generalın” qətlində hər hansı rolunun olduğunu inkar edib. İstintaqın əlindəki ən önəmli sübut “Ded Xasan”ın qətlə yetirildiyi “Köhnə fayton” restoranının yaxınlığındakı videomüşahidə kameralarının görüntüləri idi. “Rufo” kameralara ilk dəfə 2013-cü il yanvarın 9-da, “Ded Xasan”ın qətlindən bir həftə əvvəl düşüb. O, restoranın ətrafında fırlanıb, ətraf həyətləri dolaşıb, onu müşayiət edən şəxslərlə nə barədəsə danışıb. Sonra Tağıyev daha iki dəfə “Köhnə fayton”un yaxınlığında görünüb. Həmçinin “Rufo” yanvarın 16-da- qətlin baş verdiyi gün də restorana yaxın küçədə qeydə alınıb. Amma göründüyü kimi, istintaq azərbaycanlı “qanuni oğru”nun bu işdə suçlu olduğunu sübut edə bilməyib.
Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy” ləqəbli 62 yaşlı Zaxari Kalaşov ötən il oktyabrın 29-da İspaniya həbsxanasından azadlığa buraxılandan sonra “Ded Xasan”ın və Vyaçeslav İvankovun (“Yaponçik”) məzarlarını ziyarət edib. “Şakro” məzarlıqda and içib ki, onların qatillərini bağışlamayacaq. Rusiya saytları yazır ki, “Ded Xasan”ın qətlinin günahkarı kimi konkret ad çəkilməsə də, əsas şübhəlilər hazırda həbsdə olan “Taro” ləqəbli Tariel Oniani və “Merab Suximski” kimi tanınan Merab Canqveladzedir. “Ded Xasan” klanının “qara siyahı”sında “oğru dünyası”nın əsas simalarından olan “Rövşən Lənkəranski”nin də adı da var. Məhz bu baxımdan “Rufo”nun istintaqının son nəticəsi maraqla gözlənilirdi. Amma görünür ki, bu qətli rəsmi olaraq “Lənkəranski”nin “hesabına” yazmaq mümkün olmadı. Yeri gəlmişkən, “Ded Xasan”ın aradan götürülməsində Rusiya hüquq-mühafizə orqanlarının əli ola biləcəyi ilə bağlı versiyalar da var.
Rusiya paytaxtında bütün “qanuni oğru”ların iştirakı ilə toplantı keçiriləcəyi ilə bağlı xəbərlər yayılsa da, belə bir “sxodka” hələ ki baş tutmayıb. Ehtimal edilir ki, “Şakro Molodoy”un təşkilatçısı olduğu bu “sxodka” bir çox qaranlıq məsələlərə, o cümlədən “Ded Xasan”ın qətli ilə bağlı da müəmmaya aydınlıq gətirəcək.
“Rövşən Lənkəranski”nin hazırda harada olduğu bilinmir. O, mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Onun həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.