ABŞ-da bir qrup bayker əllərində Məhəmməd peyğəmbərin (s.) karikaturaları ilə ABŞ-ın Arizona ştatındakı Müsəlman İcması Mərkəzinin qarşısına toplaşmağı planlaşdırır. Yürüş təşkilatçıları deyirlər ki, belə bir addım bu ayın əvvəlində Texas ştatında İslam peyğəmbərinin karikaturalarının müsabiqəsi zamanı iki silahlının açdığı atəşə cavab olaraq atılır.
O zaman qısa sürən atışmadan sonra hücumçüların hər ikisi öldürülmüş, bir polis işçisi yaralanmışdı. Bu gün öldürülən hücumçulardan birinin ibadət etdiyi Finekx məscidi qarşısına da yürüş tşəkil ediləcək.
Yürüş təşkilatçısı Con Ritzaymer nifrət yayan yürüşün dinc şəraitdə keçəcəyini, lakin hər etimala qarşı aksiya iştirakçılarının özləri ilə silah da aparacaqlarını yazıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.