banner
banner

Dünya

Pentaqon rəhbəri “Facebook”da - FOTO

Pentaqon rəhbəri “Facebook”da -

Amerika Birləşmiş Ştatları (ABŞ) müdafiə naziri sosial şəbəkəyə qoşulub.
60 yaşlı Pentaqon rəhbəri Eşton Karter “Facebook” sosial şəbəkə saytında hesab açaraq istifadəçiləri salamlayıb. 

“Salam. Mən Eşəm – müdafiə naziri. <...> Vəzifəyə təyin ediləndən 100 gün sonra bu səhifəni açdım. İndi burada xalqımızla ünsiyyət qura biləcəyəm. Gəlin müzakirəyə başlayaq”, – deyə o, ilk postunda bildirib. 

“Facebook” isə öz növbəsində ordu rəhbərinin səhifəsinin rəsmi olduğunu amvi rəngli simvolla təsdiqləyib.

Qeyd edək ki, Pentaqon rəhbəri Eşton Karter bu ilin ilk rübündə Çak Heygelin yerinə vəzifəyə gəlib. Senatda 100 nəfərdən 80-ni onun lehinə səs vermişdi. İxtisasca fizik olan E. Karter ABŞ-ın milli təhlükəsizlik sahəsində yaxşı tanınan siyasi fiqurdur. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.