Çexiyada start tapançasından Ədliyyə naziri Roberto Pelikana üç dəfə atəş açılıb. Təqaüddə olan vətəndaşın hücumu Praqanın qadın monastırlarından birində Pelikanın sərgi açdığı zaman baş verib.
Pensioner 15 metr məsafədən məmura üç dəfə atəş açıb, daha sonra mühafizəçilər tərəfindən saxlanılıb.
"Cinayət işinin açılamasına təşəbbüs etmək fikrində deyiləm. Bu adam yalnız start tapançasından atəş açıb. Mənim ona yazığım gəlir", - deyə Pelikan baş vermiş hadisəni şərh edib.
Güman edilir ki, bununla yaşlı kişi öz probleminə nazirin diqqətini cəlb etməyə çalışıb. Pensionerin sözlərinə görə, o daha əvvəl haqsızlığa uğraması ilə bağlı Pelikana şikayət məktubu göndərib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.