Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) üzvləri prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun böyük portretini hazırlayıb. AKP üzvləri çəkdikləri fotoşəkillərdən 4709 kvadrat metrlik böyük bir portret hazırlayaraq rekorda imza atıblar.
AKP-nin sosial şəbəkə üzrə seçki işlərini aparan yayım şirkətinin hazırladığı nəhəng portret Yenikapı mitinq meydanında açılıb. “Bizə millət yetər” şüarı ilə açılan portretin nümayişində təxminən 100 nəfər partiya üzvü iştirak edib.
Beləliklə 4709 kvadrat metrlik portret ölçüsünə görə Ginnesin Rekorlar Kitabına daxil olub.
Qeyd edək ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçiriləcək. Ölkə prezidenti seçkinin qalibi olmuş siyasi partiyanın sədrinə hökuməti qurmaq vəzifəsini verəcək. Nazirləri isə qalib partiyanın sədri olan baş nazir təyin edəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.