Aktrisa Demet Evqar “BeStyle” jurnalı üçün fotosessiya etdirib. Aktrisa dərgiyə müsahibəsində karyerasından və uşaqlığından danışıb:
“Mən ilk teatr fəaliyyətimə evdə başlamışam. Səhnə mənim üçün qonaq otağımız idi və doğrudan da, tamaşaçılarım heç vaxt əskik olmazdı. Hər şey mənə nağıl kimi gəlir. Mən hələ də uşaqlıq xəyallarımın içində yaşayıram. Özümü hiss etdiyim bir yaşım var, o da 12-dir. Bu, heç dəyişməyib”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.