banner
banner

Hərbİ

Düşmənə gözdağı olacaq təlimlərə start verilir

Düşmənə gözdağı olacaq təlimlərə start verilir

Türkiyə, Azərbaycan və Gürcüstan ordusu "Qafqaz Qartalı" adlı birgə təlimlərə start verir. 
Bu xəbəri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Təlimin 31 mayda start götürəcəyi və iyunun 10-dək davam edəcəyi bildirilir. 
Türkiyədə keçiriləcək təlimlərin məqsədi üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında koordinasiyanı təmin etmək, qarşılıqlı təcrübə mübadiləsini həyata keçirmək, birgə əməliyyatların aparılması bacarıqlarını yüksəltməkdir.

Təlimdə Türkiyənin 1 xüsusi təyinatlı tağımı, iki çoxməqsədli helikopteri və bir nəqliyyat təyyarəsi, Azərbaycan və Gürcüstandan isə hərəsindən 1 xüsusi təyinatlı bölmə iştirak edəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.