İlham Əliyev Qarabağda fateh olacaq – İrəvan qorxu içində
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri və Lavrovla Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələri erməniləri qorxuya salıb.
Ermənistanın “Yerkir” saytı Rusiyanın erməniləri aldatdığını və Avropa Oyunlarından sonra Qarabağın Azərbaycana qaytarılması istiqamətində ciddi planların olduğunu yazıb.
Ermənilərin fikrincə, Rusiya münaqişəni durduğu yerdən tərpətmək arzusunu mütləq şəkildə ifadə edib: “Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi bizə Gömrük Şurasına qoşulmağa icazə vermir. Əgər Ermənistan öz qoşunlarını çıxarsa sərhədlər açılacaqsa, vəziyyət normallaşacaqsa, hər şey ola bilər”.
E. Məmədyarovun sözlərindən sitat gətirən sayt yazır ki, Rusiyanın hədəfi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll edərək, Bakının öz orbitinə çəkməkdir
“Bu, İrəvan üçün ciddi nəticələrdən xəbər verir. Eyni zamanda, Qərb də hərəkətə keçib. Belə ki, Məmmədyarovun Moskva səfərindən sonra ATƏT-in Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Anji Kaspşik Moskvaya getdi. O, Rusiyanın “münaqişənin həll olunmasının vaxtı çatıb” sözlərinin arxasındakı məqamları dəqiqləşdirəcək. Göründüyü kimi, Moskva və Bakı razılaşdı. Qərb də burda öz maraqlarını təmin edərək razılıq verəcək. Avropa Oyunlarından sonra ciddi addımlar atılacaq və bunun Ermənistan üçün ağır nəticələri olacaq”, - deyə sayt İrəvan üçün qorxulu proqnoz verir.
Daha sonra qeyd edir ki, Rusiyanın Ermənistanın təhlükəsizliyinin qoruyucusu maskası cırılır: “Bakı güclü manevrlərini işə salıb və göründüyü kimi, İlham Əliyev Dağlıq Qarabağı geri qaytarmaqla fateh olacaq”.
Son proseslər rəsmi Bakının öz ədalətli savaşında uğurlu addımlar atdığını göstərir. Bu isə ermənilərin ciddi narahatlığına səbəb olub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.