İran beynəlxalq müfəttişlərin hərbi obyektləri yoxlamasına icazə verilməyəcəyini bir daha təkrar edib. İranın müzakirəçilərdən ibarət nümayəndə heyətinin başçısının müavini Abbas Araxçı deyib ki, BMT müfəttişlərinin İran alimlərinə suallar verməsi və hərbi obyektləri yoxlaması danışıqlara daxil deyil.
İran bunu ABŞ Dövlət katibi Con Kerri və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tarixi nüvə razılaşmasının əldə edilməsinə nail olmaq üçün Cenevrədə görüş keçirdiyi zaman bildirib. Lakin, İranın nüvə obyektlərinin yoxlanışı Qərbin əsas tələblərindən biridir.
Qeyd edək ki, Con Kerri və Məhəmməd Cavad Zərif arasında altı saat sürən danışıqlar yekun razılığın əldə edilməsi üçün qoyulmuş son möhlət olan iyunun 30-dan əvvəl keçirilib.Dövlət Departamentinin bir rəsmisi danışıqları bütün məsələlər üzrə əhatəli müzakirələr kimi dəyərləndirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.