banner
banner

Dünya

Bu saat 21 milyon dollara satıldı

Bu saat 21 milyon dollara satıldı

İyirmi dörd karatlıq qızıldan hazırlanmış 500 qram ağırlığındakı Henry Graves Supercomplication adlı saat Cenevrədəki Sothebys hərracında 21 milyon dollara satılıb.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, saatı 1930-cu illərin əvvəllərində Nyu-Yorklu bankir Henri Qreyvsin sifarişi ilə İsveçrənin Patek Philippe firması hazırlayıb.
Henry Graves Supercomplication 56 il ərzində dünyanın ən qəliz mexanizmə malik saat statusunu saxlaya bilib. Bu saat standart əqrəblərdən başqa təqvimi, Ayın fazalarını, saniyənin yüzdə birini ölçən və digər funksiyaları olan 24 müxtəlif mexanizmə də sahibdir. Ümumilikdə 920 detaldan ibarət saatın hazırlanmasına səkkiz il vaxt sərf olunub.

Henry Graves Supercomplication saatı sahibi – Qətərli incəsənət kolleksiyaçısı Səud bin Muhəmməd əl-Taninin vəfatından iki gün sonra satılıb. Saatın satışından əldə olunan vəsaitin onun Sotheby`s kompaniyasına olan külli miqdarda borcunun ödənilməsinə sərf ediləcəyi bildirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.