banner
banner

Dünya

Metro xəttində partlayış olub

Metro xəttində partlayış olub

İstanbulda metro xəttində partlayış olub.
Cia.az-ın məlumatına görə, İstanbulda Alibeyköydə metro xətti inşaatında qaz borusu deşilib. Ətrafa qaz yayıldığı üçün həmin yerə yaxın ərazilərdə yerləşən binalardakı insanlar təxliyyə edilib. Bundan başqa, təhlükəsizlik məqsədilə həmin əraziyə gedən yollar da bağlanılıb. 

İGDAŞ-ın (İstanbul Gaz Dağıtım Sanayi və Ticarət A.Ş.) verdiyi rəsmi açıqlamada bildirilib ki, bu gün səhər baş verən partlayışa səbəb inşaat işləri zamanı qaz borusunun zədələnməsi olub. "Hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görülüb və qaz axının qarşısı alınıb". 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.