banner
banner

Hərbİ

Düşmən ötən ay atəşkəs rejimini - 728 dəfə pozub

Düşmən ötən ay atəşkəs rejimini -

Bu ilin may ayında Ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 728 dəfə pozub.

Cia.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, düşmən təxribatlarının qarşısı alınıb, erməni tərəfi cavab atəşi ilə susdurulub.

Ay ərzində atəşkəsin pozulmasına görə, ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Ağdam rayonu istiqamətində 204 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur (151 fakt).

Qarabağ cəbhəsi üzrə may ayında Tərtər rayonu istiqamətində 87 dəfə, Cəbrayıl rayonu istiqamətində 53 dəfə, Xocavənd rayonu istiqamətində 44 dəfə  atəşkəsin pozulması faktı qeydə alınıb.

Cəbhə xəttində gərginlik yaradan Ermənistan Ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 67 dəfə, Tovuz istiqamətində 54 dəfə, Gədəbəy rayonu istiqamətində 34 dəfə, Qazax rayonu istiqamətində 23, Ağstafa rayonu istiqamətində 3 dəfə, Göygöl rayonu istiqamətində isə 2 dəfə pozub.

 

Ötən ay düşmənin bir əsgəri xəstəlikdən, bir əsgəri isə döyüş postunda ölüb.

Azərbaycan Ordusu itki verməyib.

Qeyd edək ki, aprel ayında erməni silahlı bölmələri atəşkəs rejimini 575 dəfə pozmuşdu. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.