Cənubi Koreyanın "Samsung Electronics" korporasiyası mobil rabitə modulu ilə təchiz edilmiş kompüterləşdirilmiş saatların satışlarına başlayıb. İstehsalçının ölkəsində yeni qurğuya ilkin tələbat kifayət qədər yüksək olub.
ANS PRESS-in "ICTnews"a istinadən məlumatına görə, "Samsung Gear S" modelinin pərakəndə satışa çıxarılmasından bir gün ərzində Koreyanın "KT" və "SK Telecom" operatorları bu cihazın 10 min nüsxəsini satıblar. Qurğu hələ ki yalnız Cənubi Koreyada satılır.
"Samsung Gear S" smart saatı 480x360 piksel təsvir ölçülü 2 düymlük Super AMOLED ekran, 1 QHs takt tezlikli ikinüvəli prosessor, "Bluetooth" və "Wi-Fi" simsiz rabitə modulları, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz olunub. Akkumulyator batareyasının tutumu 300 milliamper/saat təşkil edir, istehsalçı qurğunun avtonom iş vaxtının iki gün olduğunu bildirib.
Qurğunun əsas özəlliyi SİM kartlar üçün slotun mövcudluğudur. Nəticədə bu saatı mobil şəbəkədə zənglərin edilməsi, smartfonla sinxronlaşdırma olmadan müxtəlif mesajların qəbulu və göndərilməsi üçün istifadə etmək olar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.