banner
banner

İdman

Hakim futbolçudan üzr istədi

Hakim futbolçudan üzr istədi

Fransa Liqasının son turunda keçirilən PSJ - "Marsel" matçının hakimi Klement Turpin diqqət mərkəzinə düşüb.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, referi matçın 78-ci dəqiqəsində qonaq futbolçu Ginelli İmbulanı haqsız yerə meydandan qovduğunu etiraf edib.

Turpin oyunun videoyazısını izləyərkən raportunda epizodu düzgün dəyərləndirmədiyini və İmbulaya qırmızı vərəqə göstərməməli olduğunu qeyd edib. Referi yanlışlıqla meydandan qovduğu futbolçudan üzr istəyib.

PSJ ilə oyunda birbaşa qırmızı vərəqə alan "Marsel"in 22 yaşlı futbolçusu cəzalı duruma düşüb. Onun neçə oyun komandasına kömək edə bilməyəcəyi hələlik məlum deyil.

ANN.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.