FIFA prezidenti Yozef Blatter istefa verib. Bu barədə Blatter xüsusi keçirilən mətbuat konfransında açıqlama verib. Blatter FİFA-ya böyük önəm verdiyini futbol üçün əlindən gələni etdiyini bildirib.
"Qərar verdim ki, getmək lazımdır. Seçkilər bitdi, lakin problemlər bitmədi. FİFA-da dəyişikliklər edilməlidi. Burada mənə mandat verilsə də qurumun digər üzvləri bunu dəstəkləmədi. Ona görə də xələfimin seçilməsi üçün tezliklə xüsusi konqres çağırılmasını xahiş edirəm", deyə Blatter bildirib.
Xatırladaq ki, Yozef Blatter mayın 29-da beşinci müddətə FİFA prezidenti seçilib. O, təşkilata 1998-ci ildən rəhbərlik edir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.