banner
banner

İdman

FİFA-dan rüşvət iddialarına cavab

FİFA-dan rüşvət iddialarına cavab

FİFA 2010-cu ildə keçirilən dünya çempionatına ev sahibliyi üçün CAR-dan 10 milyon dollar məbləğində rüşvət alınması ilə bağlı iddialara cavab verib.

Cia.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, FİFA Cənubi Afrika Futbol Federasiyasından (CAFF) alındığı iddia edilən 10 milyon dolların bir layihə üçün Şimali və Mərkəzi Amerika, eyni zamanda Karib dənizi sahilləri Futbol Federasiyasına (CONCACAF) göndərildiyini açıqlayıb.

Ali futbol qurumundan verilən açıqlamada 10 milyon dolların CAR-ın Karib dənizi sahillərindəki Afrika xalqı ilə əlaqədar bir layihənin həyata keçirilməsi üçün CONCACAF-a göndərildiyi və FİFA-nın da həmin məbləğin ötürülməsində vasitəçilik etdiyi qeyd olunub. Eyni zamanda FİFA-nın baş katibi Jerom Valke və digər rəsmilərin bu işlə heç bir əlaqəsinin olmadığı vurğulanıb. 

Qeyd edək ki, ötən həftə İsveçrə polisi və Amerika Federal Təhlükəsizlik Bürosunun həyata keçirdiyi əməliyyat nəticəsində FİFA-nın 10-dan çox yüksəkçinli əməkdaşının həbs olunmasından sonra ali futbol qurumunun 2010-cu ildə keçirilən dünya çempionatına ev sahibliyi hüququnu CAR-a rüşvət müqabilində verdiyi iddia olunurdu. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.