Türkiyə İstanbul şəhərinin 8 rayonunda “DHKP-C” terror təşkilatına qarşı helikopter dəstəkli əməliyyat keçirilib. İstanbul polis idarəsi Terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatda 10 nəfərdən çox şübhəli saxlanılıb. Əməliyyatın Ataşehir, Başakşehir, Bağçılar, Bahçelievler, Bakırköy, Esenyurt, Kiçikçəkməcə və Sultanqazi rayonlarında keçirildiyi bildirilir.
Sultanqqzidə keçirilən əməliyyat zamanı isə üzünü maska ilə gizlətmiş bir qrup polislərə daş ataraq qaçıb.
Saxlanılan şübhəlilər “Haseki” təlim və araşdırma xəstəxanasına aparılaraq həkim nəzarətindən keçiriliblər.
Aralarında qadınların da olduğu şübhəlilər daha sonra İstanbul şəhər polis idarəsinə aparılıblar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.