banner
banner

Sosİal

Bakıda 300 sürücü cəzalandırıldı

Bakıda 300 sürücü cəzalandırıldı

Bu aydan etibarən “Bakı Sərnişinnəqliyyat” MMC-nin əməkdaşları I Avropa Oyunları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaqlar. “Bakı Sərnişinnəqliyyat” Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdir müavini Vüqar İbrahimlinin verdiyi məlumata görə, oyunlar bitənə qədər 24 saatlıq iş rejimində çalışacaqlar. 

Onun sözlərinə görə, paytaxt ərazisində sərnişin və yük daşıma ilə məşğul olan bütün nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılacaq.
“İyun ayının birindən etibarən 351 şəxsi heyyət və 56 avtomobil müxtəlif ərazilərdə növbə çəkəcək. Yoxlamalar zamanı qanunsuz sərnişin və yük daşıma ilə məşğul olanlar müəyyənləşdiriləcək. Eyni zamanda, təhlükəsizlik qaydalarına əməl etməyən sürücülər müəyyən ediləcək. Geyim və bəzi qaydaları pozan şəxslər də cəzalandırılacaq”.

Qurum rəsmisinin sözlərinə görə, yoxlamalar zamanı ötən ay 300-ə yaxın qanunsuz sərnişin daşıma ilə məşğul olan sürücü müəyyənləşib. Onlar fərqlənmə nişanı olmadan sərnişindaşıma ilə məşğul olurlarmış.

“Keçirilən tədbirlər nəticəsində əvvəlki illərə nisbətən qayda pozan sürücülərin sayı azalıb. Əgər əvvəllər qanunsuz sərnişindaşıma ilə məşğul olanlar çox idisə, indi artıq bunun qarşısı alınıb”, - deyə Vüqar İbrahimli qeyd edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.