banner
banner

Gündəm

Vikipediyaya etiraz

Vikipediyaya etiraz

"Vikipediyada təxribatçı addımları həyata keçirənlərin sayı az deyil, bu cür ziyanlı məqalələrin sayı yetərincədir. Vikipediya azad layihədir, bura dünyanın istənilən nöqtəsindən insanlar daxil olub, istədikləri məqalələri yaza bilərlər. Alimlərimiz Vikipediyadan istifadə baxımdan çox passivdirlər".

AMEA-nın mətbuat orqanları şöbəsindən Cia.az-a verilən məlumata görə, bu sözləri Azərbaycan Vikipediyasının adının açıqlanmasını istəməyən adminlərindən biri deyib. O həmçinin bildirib ki, AMEA institutlarının əməkdaşları fəal olmalı və təxribatçı məqalələrin yayılmasına qarşı əsaslı mübarizə aparmalıdırlar.

Azərbaycan Vikipediyasında təxribatçı məqalələrə qarşı elm adamlarının əsaslı araşdırma işləri və mövqeləri olmalıdır, lakin "AzViki"də vəziyyət isə hazırda çox acınacaqlıdır. Azərbaycanda vikipediya məqalələrinin yazılması ilə elm adamları yox, əksinə elmi tədqiqat işləri ilə heç bir əlaqəsi olmayan kiçik nəslin nümayəndəri məşğul olur. 

"Mən Vikipediyadakı təxribatçı addımlardan xəbərdaram, bununla bağlı sosial şəbəkədə informasiya yaymışdım. Lakin bəzi qruplarda məni təhqir edib, məhkəməyə verməklə təhdid etdilər. "Azərbaycanda LGBT tarixi" adlı məqalənin Vikipediyada yayılmasına qarşı çıxmışdım. Lakin bildiyiniz kimi Vikipediyada 15 admin var, məqalənin yayılması üçün onların yekun rəyi olmalıdır, bir nəfərin etirazı məsələni həll etmir. 

Qeyd etmək lazımdır ki, Avropa oyunları ərəfəsində Vikipediyada həmçinin Azərbaycan tarixinə, tarixi şəxsiyyətlərinə, mənəviyyatına qarşı təxribatlara başlanılıb. Bildirək ki, son günlərdə bununla bağlı AMEA Tarix İnstitutunun mətbuat xidməti bu təxribatlara qarşı öz haqlı və əsaslı etirazını KİV-də və xəbər portallarında yayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.