banner
banner

Gündəm

AST Telman 100 milyon dollar ödədi

AST Telman 100 milyon dollar ödədi

Azərbaycanlı iş adamı Telman İsmayılovun (AST Telman) borclara görə satışa çıxarılan "Mardan Palace" hoteli ilə bağlı tender ləğv edilib.
 
Cia.az-ın  "Hürriyet"ə istinadən məlumatına görə, Türkiyənin Antalya şəhərindəki, dünyanın ən lüks hotellərindən biri sayılan "Mardan Palace"in sahibi T.İsmayılov bu gün baş tutacaq açıq tenderdən dəqiqələr öncə icraçılara 100 milyon dollar ödəyərək satışın qabağını alıb. O, verdiyi 100 milyon dollar borcu isə 4 il ərzində hissə-hissə ödəyəcək.

Antalya 4-cü İcra Müdirliyində baş tutan tenderə isə yalnız bir firma - SBK Holdinq 144 milyon dollarla qatılıb. 

Qeyd edək ki, tikintisi 1.4 milyard dollara başa gələn hotelin rəsmi açılışında Şeron Stoun, Meray Kerri, Monika Belluççi, Peris Hilton, Riçard Gir kimi dünyanın ən məşhur ulduzları iştirak etmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.