Ukraynanın Odessa vilayətinin hərbi komissarı rüşvət alan zaman saxlanılıb. Bu barədə Ukrayna hərbi prokuroru Anatoli Matios xəbər verib.
"Cənub regionunun hərbi prokurorluğunun müstəntiqləri tərəfindən növbəti rüşvət alınması vaxtı Odessa ərazisinin hərbi komissarı saxlanılıb", deyə prokuror bildirib.
Hərbi komissarın aldığı rüşvətinin həcmi açıqlanmayıb. Ukrayna hərbi prokuroru əlavə edib ki, rüşvər və korrupsiya ilə bağlı araşdırmalar davam etdirilir
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun əmri ilə Odessa vilayətinin qubernatoru Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili təyin edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.