banner
banner

Gündəm

Yanan binada yaralananların hamısı evə buraxıldı

Yanan binada yaralananların hamısı evə buraxıldı

May ayının 19-da Binəqədi rayonunda yanan binada xəsarət alan xəstələrdən sonuncusu artıq evə buraxılıb. Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudovun verdiyi məlumata görə, həmin xəstə dünən evə yazılıb.

“Xəstə, 1983-cü il təvəllüdlü Günay Məhərrəmovanın vəziyyəti stabilləşdiyi üçün evə yazılıb. Xəstələrə müalicəni evdə davam etdirmək üçün xüsusi təyinatlar verilib. Ümumilikdə xəstənin həyatı üçün təhlükə yoxdur”, - deyə Azər Maqsudov bildirib.

Qeyd edək ki, mayın 19-da Binəqədidə yanan binada 15 nəfər ölüb, 56 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan zəhərlənən 35 nəfər Mərkəzi Klinik Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb. Hadisəni araşdırmaq üçün Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.