banner
banner

Gündəm

Ermənilər Bakıya nə vaxt gəlir?

Ermənilər Bakıya nə vaxt gəlir?

Birinci Avropa Oyunlarında iştirak etməyə hazırlaşan Ermənistanın sərbəst güləş üzrə komandası Bakıya iyunun 15-də gələcəklər. Onlar Tiflis hava limanından paytaxtımıza uçacaq. Komanda Bakıdan iyunun 19-da qayıtmalıdır.
Bakıya 57 kiloqram çəkidə ötən il Avropa çempionatının mükafatına layiq görülmüş Qarik Barseğyan, 23 yaşadək güləşçilər arasında Avropa çempionu Volodya Franqulyan, 2013-cü il dünya və Avropa çempionu 65 kiloqram çəkidə çıxış edən Davit Safaryan, 74 kiloqram kateqoriyasında ötən və bu il Avropa çempionatında ikinci yeri tutmuş Qriqor Qriqoryan, 86 kiloqram çəkidə müxtəlif dəyərli mükafatlar qazanan Musa Murtazaliyev və Ermənistan milli komandasının yeni üzvü, 125 kiloqram çəkili gələcək. Levan Berianadze Gürcüstan komandasının tərkibində gənclər və yaşlılar arasında Avropa və dünya mükafatçısı olub.

Ermənistan sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Arayik Bağdadyan keçirdiyi mətbuat konfransında sərbəst güləşçilərin qızğın məşqlər etdiyini bəyan edib. 

Məşqçinin sözlərinə görə, sərbəst güləş üzrə yarışlarda Ermənistan komandası altı çəki kateqoriyasında çıxış edəcək.

"Sərbəst güləşçiləri daha dörd məşqçi, həkim, Ermənistan güləş federasiyasının sədr müavini Hrant Yenokyan və baş katibi, Ermənistan Milii Məclisinin üzvü Bazmaser Arakelyan müşayiət edəcəklər".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.