banner
banner

Gündəm

Prezident yeni salınan parkda - FOTOLAR

Prezident yeni salınan parkda -

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda Azərbaycan Milli Konservatoriyasının inzibati-tədris kompleksinin yaxınlığında salınan yeni parkda yaradılan şəraitlə tanış olublar.
Parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub, müasir fəvvarə quraşdırılıb. Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin yaxınlığında yerləşən bu müasir istirahət məkanının özəlliyini artıran məqamlardan biri də odur ki, burada klassik musiqilər səsləndiriləcək. Bu da parka gələnlər üçün əlavə mənəvi istirahət imkanı yaradacaq. Bir sözlə, yeni parkda sakinlərin istirahətini mənalı təşkil etmək üçün bütün zəruri işlər görülüb.

Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün reallaşdırılan layihələrin bir hissəsidir. Bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir.

Müasir üslubda, orijinal dizaynda yaradılan bu park ilə Bakının gəzməli yerlərinə daha bir ünvan əlavə edilib. Beləliklə, “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində açılan bu park ölkəmizə gələn qonaqlara paytaxtımızın daha bir istirahət mərkəzinin gözəlliyini nümayiş etdirəcək.







Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.