banner
banner

Dünya

Mübarək yenidən məhkəməyə gətiriləcək

Mübarək yenidən məhkəməyə gətiriləcək

Misirin keçmiş prezidenti Hüsni Mübarək bu il noyabrın 5-də yenidən mühakimə olunacaq.
Buna səbəb 2011-ci ildə keçirilən etiraz aksiyaları dağıdılarkən 800-dək nümayişçinin qətlidir. Qərar iyunun 4-də Apelyasiya Məhkəməsində çıxarılıb.

Prokurorluq H.Mübarəkə qarşı ittihamların ləğv edilməsi ilə bağlı 2014-cü ildə çıxarılan məhkəmə qərarından apelyasiya şikayəti verib. Yeni məhkəmə prosesi 87 yaşlı keçmiş prezidentin 3-cü məhkəmə qarşısına çıxışı olacaq. H.Mübarək bundan əvvəl onun istefası ilə nəticələnən həmin hadisələrə görə ömürlük həbs cəzası almışdı. 

Məhkəmə bu il hazırda Qahirədəki hərbi qospitalda müalicə alan keçmiş prezidenti və 2 oğlunu korrupsiya ittihamı ilə 3 il azadlıqdan məhrum edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.