BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə əlaqədar növbədənkənar iclas keçirəcək. BMT TŞ-nın iclası Litvanın təşəbbüsü ilə keçiriləcək.
İyunun 5-də keçiriləcək iclasda ATƏT-in xüsusi müşahidə qrupunun nümayəndələri və BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman çıxış edərək, Ukraynadakı vəziyyətlə bağlı məlumat verəcəklər.
Qeyd edək ki, son günlər Ukraynada vəziyyət yenidən nəzarətdən çıxıb. Separatçılar Ukrayna Ordusunun mövqelərinə aramsız hücumlar edirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.