banner
banner

Sosİal

Komitə sədri vətəndaşları qəbul edəcək

Komitə sədri vətəndaşları qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Salyanda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, qurumun sədri noyabrın 19-da, saat 11:00-da fondun Salyan rayon şöbəsinin inzibati binasında Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Salyan şəhər şöbəsində (02125) 5-50-61
Neftçala rayon şöbəsində (02126) 3-34-00
Şirvan şəhər şöbəsində (02121) 5-10-22
Hacıqabul rayon şöbəsində (02120) 4- 41-31
Sabirabad rayon şöbəsində (02123) 5-50-56
Saatlı rayon şöbəsində (02128) 5-21-01
İmişli rayon şöbəsində (02124) 6-40-42
Biləsuvar rayon şöbəsində (02529) 5-00-74
Cəlilabad rayon şöbəsində (02524) 5-52-60

Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.