Qol.Az-ın məlumatına görə, dünyanın ali futbol qurumunun yazarları Türkiyə və Braziliya milliləri arasında keçirilən yoldaşlıq oyunu barədə xəbərdə yalnışlıq ediblər.
FİFA Türkiyə millisinin qapıçısının Volkan Dəmirəllə ölkənin keçmiş prezidenti Süleyman Dəmirəli səhv salıb.
Bundan başqa, oyunun 24-cü dəqiqəsində avtoqola imza atan Semih Kayanın ismi, “Qalatasaray”ın sabiq futbolçusu Suat Kaya kimi göstərilib.
Daha sonra FİFA-nın rəsmi saytı səhvini başa düşərək, xəbərdə düzəlişlər edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.