Estoniya hökumətindən “Amari” hava bazasından istifadə etmək üçün icazə alan ABŞ ordusunun burda hərbi obyekt quracağı bildirilir. Bu barədə Estoniyanın müdafiə naziri Sven Mikser açıqlama yayıb.
Mikser bu razılaşmanın ölkəsi üçün faydalı olacağını, müttəfiq qüvvələrin uzun müddətli varlığına ehtiyacları olduğunu bəyan edib.
“Müttəfiqlər təhlükəsizliyimizə dəstək vermək və ölkəmizə investisiya qoymaq istəyirlər. Estoniya yaxşı bir ev sahibi kimi ən münbit fəaliyyət şəraiti təqdim edir”.
ABŞ-ın bu hərbi obyektlər üçün 40 milyon avro məbləğində büdcə ayırdığı bildirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.