““Facebook”da məmurları təhqir edən səhifələr bağlanmalıdır”
"Prezidentin jurnalistlərin mükafatlandırılması ilə bağlı sərəncamından sonra Mətbuat Şurasına 30 ərizə daxil olub".
Cia.az xəbər verir ki, bu sözləri MŞ sədri Əflatun Amaşov Əli Həsənovun media rəhbərləri ilə görüşü zamanı deyib. Mətbuat günündə hansı jurnalistlərin mükafatlandırılacağına gəlincə, Amaşov bildirib ki, burada müəyyən məhdudiyyətlər tətbiq edilməlidir: "İndiyə qədər 30 ərizə daxil olub. Bu gedişlə iyulun əvvəlinə kimi bu say 1000-i keçəcək. Buna görə də düşünürəm ki müyyyən parametrlər seçməliyik və məhdudiyyətlər tərbiq edilməlidir. Elə jurnalistlər var ki, 40-50 illik stajları var, lakin ərizə ilə müraciət etmirlər. Bəlkə, utanıb çəkinirlər. Biz bu insanları axtarıb tapmalıyıq.
Onun sözlərinə görə, mətbuat xidməti sahəsində çalışanlar da bu siyahıya daxil ediləcək.
***
Ə.Amaşov həmçinin son vaxtlar müəyyən qüvvələrin həm ölkə daxili, həm də ölkə xaricində anti Azərvaycan hərəkatı başlatdıqlarını vurğulayıb. O, belə məsələlərdə jurnalistlərin həmrəylik göstərdiklərini də qeyd edib.
Mətbuat şurasının sədri həmçinin bəzi sosial şəbəkələrdə yaradılan səhifələrə toxunub. O, "Ümummilli paz" adlanan bir facebook səhifəsində ölkənin bir neçə media kapitanlarının, siyasətçilərinin şəkillərinin yerləşdirildiyini və ünvanlarına təhqirmiz ifadələrin işlədildiyini deyib.
Amaşov əlavə edib ki, facebook rəhbərliyi həmin səhifələri bağlamalıdır. Bağlamasa, Azərbaycanda "facebook" bağlanmalıdır. Bu cür səhifələrin bağlanması mümkün olmazsa, Azərbaycan facebook rəhbərliyi ilə danışıqlar aparmalıdır".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.