İyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı Azərbaycan tərəfinin ATƏT müşahidəçilərini guya ön xəttə çıxarmaması barədə Ermənistanın elektron kütləvi informasiya vasitələrinin yaydığı məlumat tam yalandır və dezinformasiya xarakteri daşıyır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, keçirilən monitorinqdə iştirak edən təcrübəli müşahidəçilərin uzun illərdir bu fəaliyyətlə məşğul olmaları, bölgənin relyefini yaxından tanımalarını nəzərə alaraq, onların əvvəlcədən planlaşdırılaraq təyin edilən koordinatlara deyil, başqa nöqtəyə çıxarılması qeyri-mümkündür: "Erməni tərəfi bu cür yalan məlumatlar yaymaqla hər bir vasitə ilə növbəti dəfə beynəlxalq qurumu öz təxribatlarına cəlb etməyə cəhd göstərir, belə məlumatlar beynəlxalq missiyanı həyata keçirən ATƏT müşahidəçilərinin fəaliyyətinə kölgə salmaq və onların adlarının erməni tərəfinin çirkin əməllərində istifadə edilməsi məqsədini daşıyır".
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, iyunun 5-də qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb və bu monitorinqi həyata keçirən müşahidəçilər (Xristo Xristov və Piter Svedberq) missiyalarının yerinə yetirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlıq ediblər.
Qeyd edək ki, məhz erməni tərəfi cari ilin yanvar ayının 14-də və 29-da qoşunların təmas xəttində monitorinqlərin plana uyğun olaraq keçirilməsinə mane olub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.