banner
banner

Gündəm

“Kanal D” nin Azərbaycanda yayımı dayandırıldı- RƏSMİ AÇIQLAMA

“Kanal D” nin Azərbaycanda yayımı dayandırıldı-
Bir neçə gündür Azərbaycanda Türkiyənin “Kanal D” televiziya kanalının yayımına qadağa qoyulub. 
İlk olaraq bu qadağa ölkədə fəaliyyət göstərən kabel televiziyalarına şamil olunub.
Kabel televiziyalarından birindən  bildirilib ki, bu kanalın yayımdan qaldırılması şirkətin öz qərarı deyil: “Bizə bununla bağlı göstəriş verilib. Bu tapşırıq təkcə bizə aid deyil, “Kanal D”nin yayımı bütün ölkədə qadağan olunub. Bundan sonra da heç vaxt yayıma buraxılmayacaq. Səbəbin nə olduğunu bilmirik. “Kanal D”nin yerinə bu gündən “TV 2” yayımlanır”. 
 
“ATV Plus” kabel televiziyası özünün facebook hesabında məlumat yayaraq bildirib ki, CNN Türk, Kanal D və Samanyolu Haber kanallarının yayımı dayandırılıb.
 
Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov isə bildirib ki, adıçəkilən kanallar “Azərspace” peykində test üsulu ilə yayımlanırdı: “Artıq test yayımı başa çatıb və kanallar yayımın davam etdirilməsi üçün “Azərkosmos”la müqavilə bağlamalıdırlar. Hansı kanal ki, müqavilə bağlayıb onların yayımı davam etdiriləcək. Müqavilə bağlamayanlar isə yayımdan çıxarılır. Rusiyanın və Türkiyənin bir neçə kanalı müqavilə bağlamayıb”.
 
Nazir müşaviri kabel televiziyaları ilə bağlı məsələyə də aydınlıq gətirib: “Azərbaycanda kabel televiziyalarının əksəriyyəti yayımını “Azərspace” üzərindən edir. Buna görə onlarda da avtomatik olaraq eyni hal yaşanıb. Amma həmin kanallar “Türksat” peykində yayımlanır. Kim istəsə, oradan baxa bilər”.
 
Qeyd edək ki, "Doğan Holdinq"in rəhbəri Aydın Doğanın Azərbaycana qarşı antimövqedə olması tez-tez deputatlar tərəfindən gündəmə gətirilərək tənqid olunurdu.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.