Avropa Oyunları ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi tərəfindən sürücələrlə bağlı aparılan işlər davam etdirilir. Artıq qayda pozan onlarla avtobus sürücüsü cəzalandırılıb.
“Ay ərzində bəzən olur ki, 100- 200-dən çox sürücüyə şifahi olaraq müəyyən tapşırıqlar verilir. Bəzən də sürücülər işdən azad edilir ki, sərnişinlərin həyatı ilə oynamasın. Hazırda bu istiqamətdə görülən işlər daha da gücləndiriləcək. Bu istər oyunlar vaxtı olsun, istərsə də oyunlardan sonra. İctimai nəqliyytada çalışan sürücülərə qarşı çox ciddi və sərt tədbirlər görüləcək.
Bununla bağlı sahibkarlara da dəfələrlə xəbərdalıq edilib. Qəza törədən, yaxud da ki, kiminsə xəttində həlak olan insanların sayı ilə bağlı təkrar hadisələr baş verərsə, mütləq sahibkar həmin sürücü ilə müqaviləyə xitam veməlidir” – deyə nəqliyyat nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.