Bakıda minik avtomobilinin üstünə ağac aşdı - FOTO
Ötən gündən paytaxt Bakıda əsməyə başlayan güclü külək fəsadsız ötüşməyib. ANS PRESS-in məlumatına görə, Bakının Xətai rayonunun NZS qəsəbəsində minik avtomobilinin üstünə ağac aşıb.
General Mehmandarov küçəsində qeydə alınan hadisə zamanı güclü külək yaxınlıqda olan ağacı Manafov İbada aid “90 UT 428” dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin üstünə aşırıb. Zərərçəkmişin verdiyi məlumata görə, avtomobilə külli miqdarda ziyan dəyib və hazırda maşın istifadəyə yararsız haldadır.
Zərərçəkmiş faktla bağlı 102, 112 xidmətlərinə, həmçinin avtomobilin sığorta olunduğu sığorta şirkətinə məlumat verdiyini bildirib. Sığorta şirkətindən zərərçəkmişə bildirilib ki, sadəcə icbari sığortası olduğundan onun zərəri kompensasiya olunmayacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.