banner
banner

İdman

57 gün sonra Azərbaycana gəlib çatdı - fotolar

57 gün sonra Azərbaycana gəlib çatdı -
Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycana səfər edən portuqaliyalı Jorge Kristovao artıq ölkəmizdədir. 

BEGOC-dan Cia.az-a verilən məlumata görə, aprelin 10-da Lissabondan yola düşən velosipedçi bu gün Balakən rayonundakı “Mazimçay” sərhəd gömrük-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olub. Qonağı Azərbaycan Velosiped İdmanı Federasiyasının təmsilçiləri, mətbuat nümayəndələri, milli geyimli gənclər və həvəskar velosipedçilər qarşılayıb. 

Qeyd edək ki, Jorge Kristovao səyahət zamanı ümumilikdə 6600 km məsafə qət etməlidir. O Azərbaycanda Balakən - Zaqatala - Qax - Şəki - Oğuz - Qəbələ - İsmayıllı - Şamaxı - Qobustan - Bakı marşrutu ilə hərəkət edəcək. Portuqaliyalı velosipedçi Bakıya iyunun 10-da gələcək və Avropa Oyunlarında iştirak edəcək Portuqaliya nümayəndə heyətinə özü ilə gətirdiyi ölkəsinin bayrağını təqdim edəcək. 







Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.