Slovakiyada 12 yaşlı qız ana olub. Cia.az-ın məlumatına görə, 6-cı sinif şagirdi olan qızın anası övladının hamiləliyi haqqında heç nə bilməyib. Məktəbli qız uşağının atası ilə internet vasitəsilə tanış olub. Yeniyetmə ana gəncin başqa şəhərdə yamasından və 20 yaşı olduğundan başqa onun haqqında heç nə bilmir. Oğlan qızı təcavüz etməklə təhdid edərək ondan hamiləliyini gizlətməyi tələb edib.
Bu yaxınlarda Slovakiyada kütləvi informasiya vasitələri 13 yaşlı qızın da ana olacağı haqqında yazıblar. 7-ci sinif şagirdi olan qız abort üçün müraciət etsə də, həkimlər bunun üçün gec olduğunu deyiblər.
İndi hər iki hadisə ilə bağlı istintaq aparılır.
Qeyd edək ki, Slovakiyanın qanunlarına görə, cinsi münasibət üçün minimum yaş həddi 15-dir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.