banner
banner

Gündəm

Davudoğlu nazirləri topladı

Davudoğlu nazirləri topladı

Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gün baş tutan parlament seçkisinin nəticələrini müzakirə etmək üçün nazirləri toplayır. Bütün nazirlər saat 11:00-da (Bakı vaxtı ilə saat 13:00) iclasa çağırılıb. Nazirlər AKP-nin baş qərargahına gəliblər.

Toplantıda nəticələrin analizi, koalisiya ssenariləri müzakirə ediləcək. 

AKP rəsmilərinin məlumatına görə, Davudoğlunun istefasını bu gün və ya sabah prezidentə təqdim etməsi, Ərdoğanın isə yeni hökumət qurulana qədər ondan vəzifəsinə davam etməyi istəyəcəyi gözlənilir. 

Nəticələr rəsmi qəzetdə yayımlanandan beş gün sonra yeni parlamentin ilk iclası olacaq və deputatlar and içəcək. Andiçmədən sonra Ərdoğan yeni hökuməti qurmaq üçün TBMM-dən bir nəfəri, böyük ehtimalla birinci olan partiyadan Davudoğluna tapşırıq verəcək. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.