Dünyanın ən məşhur cütlüyü Yunanıstanda ada alır. Bu günlərdə 40 yaşı tamam olan Hollivud ulduzu Ancelina Coli və əri Bred Pitt özlərinə möhtəşəm bir hədiyyə etməyə hazırlaşırlar.
Cütlük Yunanıstandakı Qayya adasını almağa hazırlaşır. Adanın sahəsi 17,5 hektardır. Orada 6 böyük villa inşa etmək olar.
"Washington Post"un yazdığına görə, bu alış verişin qiyməti 4,5 milyon dollar civarındadır.
"Ancelina adaya aşiq olub. Düzdür onun inkişafına və şəraitin yaradılmasına da çox vəsait lazım olacaq. Amma arzularının villasını inşa etmək üçün onların problemi olmayacaq. Nəhayət ki, uşaqların paparatzilər olmadan sərbəst şəkildə istirahət etmək imkanı olacaq", deyə qəzetin mənbəsi olan cütlüyə yaxın şəxs bildirib.
Xatırladaq ki, A.Coli bir müddət öncə Yeni Orleandakı evlərini satışa çıxarıblar. Onlar mülk üçün 6,5 milyon dollar istəyirlər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.