Azərbaycanlı deputat Fazil Mustafadan internet üsyanı. ANS PRESS-in məlumatına görə, deputat sosial şəbəkə vasitəsilə internetin xəbərsiz kəsilməsinə etiraz edib.
"Qəribədir, yolu necə bağlayanda xəbərdar etmirlər ki, insanlar tıxaca düşüb əziyyət çəksinlər, interneti də eyni qaydada bağlayırlar ki, insanların iş planı alt-üst olsun. Görən bunun heçmi xəbərdarlıq mexanizmi yoxdur? İtirilən saatlara görə ödədiyimiz pulun konpensasiyası necə olacaq? Axı aylığı ödəməyəndə interneti dərhal kəsirlər".
Fazil Mustafa bir çox dövlət qurumlarının işləmə prinsipinin tamamilə bir-birinə oxşadığını da qeyd edib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.