Jurnalist Ekspert Mərkəzinin (JEM) “Diqqət, düşmən mətbuatıdır” adlı layihəsi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihənin növbəti mərhələsində JEM təmsilçiləri iyunun 5-6-da cəbhə bölgəsinə səfər ediblər. Tovuz və Qazax rayonlarınakı düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə əsgər və zabit heyətilə görüş keçirilib, onlara layihənin mahiyyəti və məqsədi barədə ətraflı məlumat verilib.
Tovuzdakı N saylı hərbi hissədə keçirilmiş görüşdə millət vəkili Qənirə Paşayeva da iştirak edib. O, hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edərək Azərbayacan Ordusunun bugünkü vəziyyətinin qürurverici olduğunu , xalqın Orduya güvəndiyini və işğal altndakı torpaqlarımızın tezliklə azad ounacağına inandığını vurğulayıb. Millət vəkili qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində bu gün Azərbayacan Ordusu öz imkanlarını günü-gündən genişləndirir, müasir silahlar və yüksək göstəricilərə malik döyüş texnikası ilə təchiz olunur. Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyətindən söz açan Q.Paşayeva ölkə ictimaiyyətinin Ordudakı müsbət dəyişiklikləri diqqətlə izlədiyini və müşahidə olunan peşəkar davranış nümunələrinin yüksək qiymətləndirildiyini deyib. Millət vəkili JEM-in layihəsinin əsas prinsiplərinə də toxunaraq informasiya müharibəsinin tələb etdiyi davranış qaydalarına əməl olunmasının əhəmiyyətindən danışıb.
Tədbirin yekununda əsgərlərə millət vəkili Qənirə Paşayevanın hədiyyələri təqdim olunub.
Daha sonra düşmənlə təmas xəttində xidmət keçən əsgərlərlə görüş keçirilib, onlarla da eyni məzmunlu söhbət aparılıb.
İyunun 6-da isə JEM təmsilçiləri Qazax rayonunda yerləşən N saylı hərbi hissədə görüş keçiribər. Bu tədbirdə də layihə barədə ətraflı söhbət açılıb, hansı məlumatların dövlət sirri təşkil etdiyi barədə əsgərlərə geniş məluamatlar verilib. Bu tədbirin də sonunda hərbi hissə komandirinə bildiriş lövhəsi təqdim olunub.
JEM təmsilçiləri Qazaxdakı təmas xəttində vətəni qoruyan hərbçilərlə də görüşüblər. 





Cia.az


