banner
banner

İdman

Maradona FİFA prezidentini yenə ittiham etdi

Maradona FİFA prezidentini yenə ittiham etdi

Əfsanəvi futbolçu Dieqo Maradona FİFA prezidenti Yozef Blatteri yenə ittiham edib.
CİA.Az-ın "Apasport"a istinadən məlumatına görə, Argentina millisinin sabiq oyunçusu ali futbol qurumunun rəhbəri onun BƏƏ-də işləməsinə imkan vermədiyini bildirib.

54 yaşlı mütəxəssisisn fikrincə, Blatter onun son iş yeri olan “Əl-Vasl” klubunun prezidentinə zəng vurub ki, Maradonanı Asiya təmsilçisinə dəvət etməsin: “Blatter mənə dünya çempionatının matçlarına baxmağa icazə vermədi, çünki mən onun maskasını “çıxartdım”. İndi BƏƏ-də işləyə bilmirəm. Ona görə ki, Yozef asiyalıların klub prezidentlərinə zəng edib, məni dəvət etməmələrini tapşırıb. Bu haqda mənə onların özləri deyiblər. BƏƏ-də hər kəs məni sevir. Dubayda ən böyük klublardan birinin məşqçisi olmaq istəyirəm, amma anlayıram ki, Blatter buna imkan vermir. O məni futboldan uzaqlaşdırmaq niyyətindədi”.

Qeyd edək ki, DÇ-2014-dən əvvəl Maradona Yozef Blatteri təhqir etdiyi üçün ona Braziliyadakı stadionların VIP lojalarında oyunlara baxmağa qadağan olunmuşdu.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.