banner
banner

Sosİal

Bunları hər xanım bilməlidir...

Bunları hər xanım bilməlidir...

Xanımlar hər zaman qüsursuz iş görməyə çalışırlar. Bunun üçün xırda sirləri bilmək kifayətdir.

Axşam.az xarici mətbuata istinadən evdar xanımların köməyinə çatacaq kiçik məsləhətlər təqdim edir:

Tez-tez istifadə olunan ütü qaralır və çirklənir. Ütünü təmizləmək üçün onu içərisinə sirkə tökülmüş qabyuyan tozla sürtün.

Əgər saçınıza saqqız yapışıbsa, onu bitki yağı ilə rahatca təmizləyə bilərsiniz.

Əgər paltarda ot ləkəsi varsa, onu spirtlə təmizləmək mümkündür.

Ağ paltarlardakı mürəkkəb ləkəsini təmizləmək üçün üstünə limon duzu töküb, azca ovuşdurun.

Əgər paltara ütü ləkəsi düşübsə, onu kənara atmaq lazım deyil. 1 stəkan qaynar suya 1 çay qaşığı perekis töküb, ləkəni onunla ovuşdurun.

Zəncəfili soyuducunun buz gözündə saxlamaq lazımdır. Belə halda o, vitaminini itirmir.

Xörəyi zeytun yağı ilə bişirsəniz, içərisinə 1 çay qaşığı şəkər tozu tökün. Beləcə, yemək daha dadlı alınacaq.

Yaşıl tərəvəzləri kağız salfetə büküb, soyuducuda saxlasanız daha təzə qalacaqlar.

Əti qızartmazdan əvvəl bir az zeytun yağında saxlasanız daha yumşaq olar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.