Suriya üsyançıları ölkənin cənubunda yerləşən hərbi bazanı ələ keçirib. Cia.az-ın məlumatına görə, bu barədə üsyançı qruplarla əlbir olan “Cənub cəbhəsi” Harak şəhəri ətrafındakı hərbi bazanın zəbt edildiyini bəyan edib. Bu Deraa əyalətindəki ən böyük bazalardan biri sayılır. Britaniyada fəaliyyət göstərən Suriya insan haqları mərkəzi həmçinin ətrafdakı şəhər və kəndin ələ keçirildiyini xəbər verib.
Döyüş zamanı 20 əsgər və 14 üsyançının öldüyü qeyd olunur. Bu baza paytaxt Dəməşqdən İordaniya sərhədinə gedən yolun yaxınlığında yerləşir.
Usyançıların son 3 ay ərzində Deraa əyalətində fəallaşdığı müşahidə olunur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.