Günün çoxunu bitkin halda, çox yorğun keçirirsiniz? İnanın ki, tək deyilsiniz. Mütəxəssislərin fikrincə, bu problemin səbəbi yaşadığımız şəhər həyatıdır.
Cia.az-ın xarici mətbuata istinadən bildirir ki, son sorğunun nəticələrinə görə, dünyada 10 insandan 6-sı yuxusuzluqdan əziyyət çəkir.
Yetkin insan gündəlik olaraq 7-8 saat yatmalıdır. 7 saatdan daha az yatmaq həmin insanda əsəbilik, stress, baş ağrısı kimi problemlərə səbəb olmaqla yanaşı, fərqli xərçəng və ürək xəstəlikləri riskini də artır. Buna görə yuxu həyati önəm daşıyır. Yuxu ilə bağlı yaşanan tək problem onu yarıda buraxmaqdır. Artıq daha uzun saat çalışırıq, dörd bir yanımız texnoloji cihazlarla əhatəlidir. Mütəxəssislər insanların az yatmasının səbəbini stresslə əlaqələndirir. Yuxunun ən böyük düşməni həmişə ora-bura qaçan beynimizdir. İnsanlar yatma vaxtına qədər ancaq düşünür - bu günü, sabahı, gələcəyi...
Niyə yuxuya ehtiyac duyuruq?
Beyin funksiyaları, hafizə, duyğusal nəzarət və fiziki sağlamlıq üçün yuxunun rolu böyükdür. Hüceyrə yenilənməsi üçün də yuxunun əhəmiyyəti böyükdür. Körpələr gündə 17 saat, uşaqlar 10 saat, yeniyetmələr 9 saat, yetkinlər isə 7-8 saat yatmalıdır.
İnsomnia (yuxusuzluq) hər üç insandan birində görülən yuxu problemidir. Yuxu çatışmazlığı yaşayırsınızsa, mütləq bir mütəxəssisə müraciət etməlisiniz. İnsan bədəninin özünə xas bioloji saatı var. Hər gün eyni saatda yatıb, eyni saatda oyanmaq istəyər. Həftə içi eyni saatda oyanıb, həftə sonları günortadan sonra oyansanız, bioloji saatınız darmadağın olar.
Mavi işıq yox! İşıq melatonin hormonunun ifrazını əngəlləyir. Gözlərimiz mavini görməz, ancaq telefon, kompüterdən yayılan işıq, əsas da 23:00-05:00 arasında ehtiyac duyduğumuz yuxunu almaq üçün lazım olan melatonin ifrazının qarşısını alır. Gecələr oyandığınızda dəhlizə, hamam, yataq otağına işıq salmayın.
Yatmadan əvvəl kitab oxuyan, maillərinə baxanlar dərin yuxu həsrətində olurlar.
Yatağınızı bir az sərinlədin. Otaq istiliyini azaltmaq yaxşı yatmanıza kömək edəcək. 16-17 dərəcə yuxu üçün ideal istilikdir.
Yatmadan 90 dəqiqə əvvəl ilıq bir duş alın.
Yatmadan 3-5 saat əvvəl yemək yeməyi dayandırın.
Yatmadan 90 dəqiqə əvvəl içki içməyin. İstəsəniz yarım stəkan yağlı süd içə bilərsiz. Kofeinli içkiləri günortadan sonra içməyin.
Gecənin yarısı oyansanız, saata baxmamağa çalışın. Televizoru qoşmayın, maillərinizi yoxlamayın. Müsbət şeylər düşünün.
Günəş işığının köməyi ilə oyanın. Sağlamlıq üçün oyandıqdan 30-45 dəqiqə sonra səhər yeməyi yeyin.
Yuxunun həddini aşmayın
Cia.az


