banner
banner

İdman

Bakı klubunun baş məşqçisi istefaya göndərildi

Bakı klubunun baş məşqçisi istefaya göndərildi

“Azərreyl” (Azəryol) yeni mövsümə Ceyson Haldanın rəhbərliyi altında başlamayacaq. Bakı təmsilçisi 44 yaşlı kanadalı baş məşqçi əvəzi ilə yoluna davam etməyi məqsədə uyğun saymayıb. 

Gənclər yığmamızda da çalışan Haldan bu səbəbdən artıq ölkəmizdən ayrılıb. O, karyerasını Türkiyədə davam etdirəcək. Gənc mütəxəssis artıq “Yeşilyurt”la müqaviləyə də imza atıb. Onun qarşısına əsas məqsəd kimi son mövsümdə Superliqanı tərk etmiş komandanı yenidən yüksək dəstəyə qaytarmaq tapşırığı qoyulub.

Komandanın yeni çalışdırıcısının adına isə Avropa Oyunlarından sonra aydınlıq gələcək. 

Qeyd edək ki, Haldan martda Jeremi Estesi əvəzləmişdi. Lakin o ümidləri doğrultmayaraq, komandanı heç final mərhələsinə çıxara bilməmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.