banner
banner

Gündəm

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıda

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıda

Avropa Olimpiya Komitəsinin prezidenti (AOK) Patrik Hikki Bakıya gəlib.
Cia.az-ın məlumatına görə, Patrik Hikiyi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılayıb.

AOK rəhbəri Patrik Hikiy I Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün ötən gecə Bakıya səfər edib.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları AOK-un rəhbərliyi və nəzarəti altında Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) tərəfindən təşkil olunur.

I Avropa Oyunları 12-28 iyun tarixləri arasında keçiriləcək. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.