banner
banner

Sosİal

DİN işçi axtarır

DİN işçi axtarır

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xətti üzrə 5 saylı Bakı "ASAN xidmət" mərkəzində 20, Sabirabad "ASAN xidmət" mərkəzində 14, Bərdə "ASAN xidmət" mərkəzində 17, ümumilikdə 51 vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. 

Cia.az-a daxil olan məlumata görə, müsabiqədə yaşı 25-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, boyu 160 santimetrdən yuxarı, əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər. Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli və xarici dil bilən namizədlərə üstünlük veriləcəkdir. - 5 saylı Bakı "ASAN xidmət" Mərkəzinə müsabiqədə iştirak üçün - Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olanlar Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə; - Sabirabad "ASAN xidmət" Mərkəzinə müsabiqədə iştirak üçün - Sabirabad və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar Sabirabad Rayon Polis Şöbəsinə; - Bərdə "ASAN xidmət" Mərkəzinə müsabiqədə iştirak üçün - Bərdə və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar Bərdə Rayon Polis Şöbəsinə müraciət edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2015-ci ilin iyul ayının 10-dək həftənin iş günləri saat 10-dan 17-dək elanda göstərilən polis orqanlarına müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: - şəxsiyyət vəsiqəsi; - təhsil haqqında sənədin əsli; - əmək kitabçası (olanlar üçün). Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590-95-23 - DİN Baş Kadrlar İdarəsi (012) 590-82-17 - DİN Baş Kadrlar İdarəsi (020) 205-28-02 - Bərdə RPŞ (021) 235-70-56 - Sabirabad RPŞ

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.