Ukraynanın şərqində baş verən ayrı-ayrı insidentlərdə 2 Ukrayna əsgəri və 3 dinc sakin həlak olub. Cia.az-ın məlumatıhna görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko xəbər verib.
Onun sözlərinə görə, son gün ərzində rusiyapərəst separatçıların hücumu nəticəsində 2 əsgər ölüb, daha 13 nəfər isə yaralanıb.
Andrey Lısenko separatçıların ağır silahlardan istifadə etdiyini qeyd edib.
Separatçıların komandanı Eduard Basurin isə Ukrayna ordusunun Qorlivka şəhərini atəşə tutuması nəticəsində 3 qadının öldüyünü bildirib.
ATƏT-in müşahidəçilər missiyası hər iki tərəfi atəşkəs rejimini pozmaqda günahlandırır.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.