banner
banner

Gündəm

Atletlər Kəndində Azərbaycanın bayrağı qaldırıldı - fotolar

Atletlər Kəndində Azərbaycanın bayrağı qaldırıldı -

İyunun 11-də “Bakı-2015” birinci Avropa Oyunlarının Atletlər Kəndində Azərbaycan və Avropa Olimpiya Komitəsinin bayraqları qaldırılıb. Bayraqlar müvafiq olaraq Azərbaycanın və Avropa Olimpiya Komitəsinin himnlərinin müşayiəti ilə dalğalandırılıb.

Cia.az-ın məlumatına görə, Atletlər Kəndində idmançıları salamlamaqdan məmnunluğunu ifadə edən Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov onları idman tarixinin bir parçasına çevrildikləri üçün təbrik edərək deyib:
 
“Avropanın güclü idmançılarını salamlamaqdan çox məmnunam. Qitənin 6 mindən artıq idmançısı birinci Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda layiqli olan qalib gələcək”.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O vurğulayıb ki, 17 gün ərzində 50 Milli Olimpiya Komitəsinin nümayəndələri fəxri kürsüdə yer alıb öz dövlətlərinin bayraqlarını dalğalandırmaq üçün yarışacaqlar. Bu, həqiqətən gözəl hissdir. Bütün iştirakçılara uğurlar arzulayıram və birinci Avropa Oyunlarının bir parçası olduğu üçün hər bir idmançını təbrik edirəm.

Sonra Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini Atletlər Kəndində daşıyaraq xüsusi quraşdırılmış səhnəyə qalxıb. Vitse-prezident deyib: 

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəlçisi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Güclü idmançıların mübarizə aparacağı birinci Avropa Oyunlarının ədalət prinsipi əsasında keçiriləcəyinə əminəm. İdman özündə dostluğu və humanizmi birləşdirir. Bütün iştirakçılara qarşıdakı yarışlarda müvəffəqiyyət arzulayır və birinci Avropa Oyunlarından zövq almağa çağırıram”.

Sonra Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Azərbaycan komandasının rəhbəri Könül Nurullayevaya və Yunanıstan kollektivinin şef-de-missionu Monalis Kolimpadisə xatirə hədiyyələri təqdim edib.

Tədbir konsert proqramı ilə başa çatıb.

 
 


 

 

 

 

 

 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.